Fransada Bastiliyanın alınması günü 900 avtomobil yandırılıb
16-07-2017, 10:23
Fransanın milli bayramı – Bastiliya qalasının alınması günü iğtişaşlar zamanı etirazçılar 897 avtomobil yandırıb. APA-nın “TV5Monde”yə istinadən verdiyi xəbərə görə, 370-ə yaxın iğtişaşçı saxlanılıb.
Aksiya iştirakçıları ABŞ prezidentinin Fransaya səfərinə, prezident Emanuel Makronun sosial islahatlarına qarşı şüarlar səsləndiriblər.