Rəsmi İraqdan Bağdadinin ölümü haqda şok - Açıqlama

16-07-2017, 21:14           

İraq Daxili İşlər Nazirliyinin Kəşfiyyat və anti-terror əməliyyatları xidmətinin rəhbəri Əbu Əli Bəsri bəyan edib ki, "İslam Dövləti" terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadi əvvəlki kimi sağdır və Suriya ərazisində gizlənir.

Report xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı məlumat yayıb.

Əbu Əli Bəsri Rusiya rəsmilərinin "əl-Bağdadi Rusiya qırıcılarının İŞİD-in "paytaxtı" Rakka şəhərinə endirdiyi zərbələr nəticəsində ölüb" açıqlamasını təkzib edib. Onun sözlərinə görə, İraq kəşfiyyatı "İslam Dövlətinin" bütün liderlərinin hərəkətlərini izləyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru