Bütün kişilərin arzuladığı ən varlı ƏRƏB QADINLARI: Onlar milyardları necə qazanıb? - FOTO

16-07-2017, 21:52           

Siz yəqin ən varlı müsəlman kişiləri haqqında eşitmişiniz, bəs ən varlı müsəlman qadınlar kimdir?
Publika.az ən varlı müsəlman qadınların siyahısını təqdim edir:
17. Fatimə Kulsum Zohar Qodabari


Şahzadə dünyanın ən gözəl qadınlarından sayılır. Səudiyyə Ərəbistanının kral ailəsinin bir hissəsi olmaq şahzadəni zəngin müsəlman qadınlardan biri edir. Onun sərvətinin dəyəri dəqiq bilinmir.
16. Şeyxa Lubna Əl-Qasimi

Bütün kişilərin arzuladığı ən varlı ƏRƏB QADINLARI: Onlar milyardları necə qazanıb? - FOTO
Lubna Əl-Qasimi Birləşmiş Ərəb Əmirliklərində xarici ticarət naziridir. Şardji ailəsinin üzvüdür və “Forbes” jurnalında Şeyxa dünyanın 42-ci ən nüfuzlu qadını hesab olunur. Baxmayaraq ki, onun kapitalı ictimaiyyətdən gizlədilir.
15. Amal Kluni


O, nəinki hollivud ulduzu Corc Kluninin həyat yoldaşıdır, həm də vəkil, yazar və aktivistdir. Amal Kluni vəkil kimi Culiana Assanjın və Ukraynanın keçmiş baş nazirinin marağını müdafiə edib. Amalın sərvəti əri ilə birlikdə 121 milyon funt sterlinq təşkil edir.
14. Zaha Hadid


Uğurlu memar Londona köçməmişdən əvvəl İraqda yaşayıb. O, dünyada bir çox məşhur binaları layihələndirib. Zaha Hadid bunun sayəsində 215 milyon dollar kapital yığıb. Bu isə onu ən bahalı memarlardan biri edir.
Qeyd edək ki, Heydər Əliyev Mərkəzinin layihəsi də məhz Zaha Hadidə məxsusdur. Qadın memar 2016-cı ilin martın 31-i vəfat edib.
13. İordaniya kraliçası Raniya


Raniya Əl-Abdulla təhsildə və tibdə fəal iştirakı ilə tanınır. O, sərvəti 750 milyon dolar dəyərində ölçülən II Abdulla Ben Əl-Hüseynin həyatı yoldaşıdır.
12. Kamilla Əl-Fayed


1,4 milyarda dollara sahib olan Məhəmməd Əl-Fayedin qızıdır. 30 yaşlı Kamilla Əl-Fayed Britaniya Moda Şurasının üzvüdür.
11. Salva İdrissi Axanuş


Mərakeşdən olan sahibkar, babasından qalan miras nəticəsində varlanıb. “Askal” qrupunun banisi və rəhbəridir. Sərvəti 1,45 milyard dollar dəyərində ölçülən Aziz Axanuş ərdədir.
10. Raşa Said


1,5 milyard dollara sahib olan Uafik Saidin qızıdır. Raşi və Halid Kavayın toyu ən bahalı toy hesab olunur. Raşa Said “Tukan” adlı sahibkarlar üçün rəqəmli platforma şirkətinin banisi və baş direktorudur.
9. Şahzadə Lalla Salma


Kral VI Məhəmmədin həyat yoldaşıdır. Cəmiyyət arasında nadir hallarda görünsə də, müxtəlif xeyriyyə aksiyalarını dəstəkləyir və kralı bəzi görüşlərdə təmsil edir. Kralın sərvəti 2,5 milyard dollar dəyərində ölçülür.
8. Şeyxa Moza Neser


Qətərın keçmiş əmirinin həyat yoldaşıdır. Həyat yoldaşının sərvəti 7 milyard dollardan artıq olduğu bildirilir. Şeyxa Moza Qatarın dövlət işlərində iştirak edir və öz ölkəsini dünyanın nüfuzlu tədbirlərində təmsil edir.
7. Lubna Olayan


Lubna Olayan Səudiyyə Ərəbistanında doğulub və ölkəsinin ən nüfuzlu qadınlarından hesab olunur. “Olayan” fırmasının icraçı direktorudur. Bəzi hesablamalara görə, ailəsi 10 milyard dollara sahibdir.
6. Sultan Nur Zahira


Malayziyanın federal ştatı Trenqanın sultanıdır. 2006-2011-ci illərdə Malayziyanın 13-cü kralı olub. Zahira və yoldaşının kapitalı 15 milyard dollardır. O, 2004-cü ildə Hindistan okeanında baş vermiş zəlzələ nəticəsində ziyan çəkmiş insanlara küllü miqdarda yardım göstərib.
5. Fatimə Əl-Caber


Əl-Caber qrupunun baş əməliyyat direktoru Fatima Obeyd Əl-Caber “Forbes” jurnalına əsasən dünyanın ən nüfuzlu qadınlarından biri hesab olunur. Ailənin biznesi 9 milyard dollar dəyərində qiymətləndirilir.
4. Şeyxa Hanadi Nasser


Bankir və sahibkar Şeyxa Hanadi Qətərin ən varlı qadınlarından sayılır. Ailənin sərvəti 15 milyard dollara dəyərindədir. Al-Uaab layihəsinin baş direktorudur.
3. Bruneyin şahzadəsi Hacah Sururul Bolkiah


Bruney sultanının ikinci qızıdır. Atasının sərvəti 20 milyard dollar dəyərində ölçülür. Bu isə onları dünyanın ən varlı ailələrindən edir.
2. Amira Əl-Tavil


Səudiyyə Ərəbistanın şahzadəsi Amira 2013-cü ilə kimi şahzadə Əl-Valid Bin Talalın həyat yoldaşı olub. Keçmiş ərinin aktivlərinin qiyməti 28 milyard dollar dəyərindədir. Şahzadə Amira vaxtının çox hissəsini xeyriyyə tədbirlərində keçirdir.
1. Matha Məhəmməd Raşib Əl-Maktub


Dubayın şeyxi olmaqla yanaşı, həm də karate və taekvondo üzrə idmançıdır. Birləşmiş Ərəb Əmirliyin baş nazirinin qızıdır. Şayiələrə görə, ailənin sərvəti 40 milyard dollar təşkil edir. O, ən varlı müsəlman qadın hesab olunur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.