Min il əvvələ aid qızıl mumiya - Foto

17-07-2017, 00:24           

Şimali Çində min il əvvəl öldüyü təxmin edilən Mad Ci Xian adlı buddist rahibin mumiyası barədə qeyri-adi faktlar ortaya çıxıb.

Qaynarinfo xəbər verir ki, mumiya hamının təəccübünə səbəb olub, çünki rahibin sümükləri və beyni yerindədir. Mumiyanın çənə və dişləri, qabırğası, onurğası da heç bir zərər görməyib.

Rahibin buddizmi təbliğ etmək üçün Hindistandan Çinə səyahət edən məşhur şəxs olduğu bildirilir.

Qeyd edək ki, mumiya 1970-ci illərdə tapılıb və 2011-ci ildən bəri Dinqhui məbədində saxlanılırdı. Məbəd işçiləri rahibə hörmət əlaməti olaraq mumiyanı qızıl örtüklə örtmüşdü.

Rahiblər və sadə insanlar bu mumiyanı görmək üçün məbədə axın edirlər.


Min il əvvələ aid qızıl mumiya - Foto












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.