Uran mədəni Qazaxıstanda bir kəndi yuxu və seks xəstəsi edib
17-07-2015, 15:38
Yuxu və seks xəstəsi sakinlərinin sirri açılıb.
Ölkə.Az xarici mətbuata istinadən xəbər verir ki, 2012-ci ildən başlayan və 160 insanın ölümünə səbəb olan Qazaxıstanın Kalaçi kəndinin yuxu və seks xəstəliyinin gizli məqamları ortaya çıxıb.
Kalaçi kəndinin sakinləri təxminən üç ildir ki, günlərlə yatmaqlarına baxmayaraq, yarıyuxulu oyanırlar və müntəzəm olaraq cinsi əlaqədə olmaq istəyirlər. Alimlər isə kənddə baş verən hadisələri anlaya bilmirdi. Uzun müddət davam edən araşdırmalardan sonra kənd sakinlərinin həyatını kabusa çevirən hadisənin səbəbinin tərk edilmiş uran mədəni olduğu aşkar edilib. Sovet dövründə tərk edilmiş mədənin ətrafa normaldan 10 qat çox karbondioksid yaydığı və bunun da insanlara pis təsir etdiyi bildirilib.
Bu fakt təsdiq edildikdən sonra Qazaxıstan höküməti kənddə yaşayan sakinləri təxliyə etməyə başlayıb. Kənddə yaşayan 223 ailədən 68-i müvəqqəti yaşayış yerləri ilə təmin edilib. Digər kəndlərdə yaşayan sakinlərin də ilin sonuna qədər təxliyə edilməsi planlaşdırılır.