Abbas Əraqçı: “ABŞ-ın tətbiq etdiyi sanksiyaları nüvə razılaşmasının pozulması kimi qiymətləndiririk”

3-08-2017, 08:13           
Abbas Əraqçı: “ABŞ-ın tətbiq etdiyi sanksiyaları nüvə razılaşmasının pozulması kimi qiymətləndiririk”
“ABŞ-ın tətbiq etdiyi sanksiyaları nüvə razılaşmasının pozulması kimi qiymətləndiririk”

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İran XİN rəhbərinin müavini Abbas Əraqçı bəyan edib.

“Hesab edirik ki, nüvə razılaşması pozulub. Təbii ki, biz bu qərara qarşı müvafiq tədbirlər görəcəyik”, deyə A.Əraqçı bildirib.

Qeyd edək ki, İranla “altılıq” ölkələri (ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Rusiya və Çin) arasında Birgə Fəaliyyət Planı 2015-ci il, iyulun 14-də Vyanada imzalanıb. Razılaşmaya əsasən, İran nüvə silahının əldə edilməsindən imtina edir, qarşılığında isə sanksiyalar tədricən ləğv edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru