ABŞ-da məktəbdə partlayış baş verib, ölən və yaralananlar var - YENİLƏNİB

3-08-2017, 08:14           
ABŞ-da məktəbdə partlayış baş verib, ölən və yaralananlar var - YENİLƏNİB
ABŞ-ın Minneapolis şəhərində məktəbdə qaz sızması səbəbindən baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl qismən dağılan məktəbdə iki nəfərin itkin düşdüyü bildirilirdi.

Son məlumata əsasən, itkin düşənlərdən birinin meyiti aşkarlanıb. Hadisə nəticəsində yaralanan 7 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 3-ün vəziyyəti ağır kimi qiymətləndirilir.

Yay tətilinə baxmayaraq, təhsil müəssisəndə çox sayda müəllim və şagirdlərin olduğu bildirilir. Məlumata görə, məktəbdə yay kursları və müxtəlif idman seksiyaları fəaliyyət göstərir.

***

21:36

ABŞ-ın Minneapolis şəhərində məktəbdə partlayış baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, partlayışdan sonra məktəbdə yanğın başlayıb.

Hadisə nəticəsində 2 nəfər itkin düşüb, məktəb binası qismən uçub.

İlkin versiyaya əsasən, partlayışa qaz sızması səbəb olub. Hazırda hadisə yerində xilasedici əməliyyat davam edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru