Tramp: “Sanksiyalarla bağlı qanunda ciddi nöqsanlar var”

3-08-2017, 09:41           

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Senatın təqdimatından sonra Rusiya, KXDR və İrana qarşı imzaladığı sanksiyalara dair qanunda ciddi nöqsanlar var”.

APA-nın məlumatına görə, bu barədə D.Trampın Ağ Evin saytında yayılan bəyanatında bildirilir.

«Rusiya, İran və Şimali Koreyanın aqressiv və dağıdıcı hərəkətlərinə qarşı sərt tədbirləri dəstəkləsəm də, qanunda ciddi nöqsanlar mövcuddur. İlk növbədə ona görə ki, sənəd icra hakimiyyətinin danışıqlar aparmaq hüququnu məhdudlaşdırır. Bu isə ABŞ xalqının rifahına yönələn sazişlərin bağlanmasını mürəkkəbləşdirəcək, Çin, Rusiya və Şimali Koreyanı isə bir-birinə yaxınlaşdıracaq”, deyə D.Tramp qeyd edib.

D.Tramp həmçinin Konqresin dövlət başçısının Rusiya üzərindən sanksiyaları aradan qaldırmaq hüququndan məhrum edilməsinə dair qərarını da pisləyərək vurğulayıb ki, sanksiyalar barədə qanunu ABŞ-ın milli birliyi naminə imzalayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru