Avropada mağazalarda satışdan milyonlarla zəhərli yumurta çıxarıldı

3-08-2017, 21:45           
Avropada mağazalarda satışdan milyonlarla zəhərli yumurta çıxarıldı
Almaniya, Hollandiya və Belçika mağazalarında tərkibində fipronil toksik maddənin yüksək səviyyədə olmasına görə milyonlarla yumurta satışdan çıxarılıb.

Oxu.Az The Guardian nəşrinə istinadən xəbər verir ki, ilk olaraq zəhərli yumurtalar Niderland və Belçika mağazalarında aşkarlanıb, sonradan 900 min zəhərli yumurta alman mağazalarında tapılıb. Qeyd olunur ki, Almaniyaya məhsul Niderland fermalarından gətirilib.

Fipronil bit və gənələrə qarşı istifadə olunan maddədir. Dərman vasitəsi heyvanların müalicəsində qadağan olunub.

Hazırda Niderlandda 180 ferma bağlanıb. Faktla bağlı cinayət işi açılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru