İyulun 20-də Birləşmiş Ştatlar və Kuba qarşılıqlı olaraq Vaşinqton və Havanada səfirlik açırlar. Bununla da 54 illik diplomatik təmassızlıq dövrünə son qoyurlar.
Kuba rəsmiləri səfirlikdə rəsmi bayraqqaldırma mərasimi keçirəcək. Vaşinqtonun diplomatik məhəlləsində açılan səfirlikdəki mərasimə 500 qonaq dəvət olunub.
Kubanın xarici işlər naziri Bruno Rodriguez də mərasimdə olacaq. O, daha sonra ABŞ-ın dövlət katibi John Kerry ilə görüşəcək. Artıq Dövlət Departamentində Kubanın bayrağı Vaşinqtonun rəsmi münasibətlə yaratdığı ölkələr sırasında duracaq.
ABŞ rəsmiləri isə Havanadakı binada bayraq qaldırmayacaq. Avqustda keçiriləcək rəsmi mərasimdə John Kerry iştirak edəcək.
Birləşmiş Ştatların Havana ilə münasibətləri 1961-ci ildə pisləşib. O vaxtdan Kubaya qarşı ticarət, iqtisadi və maliyyə embarqoları qoyulub.