Paşinyan gəlmədi – Lukaşenkodan reaksiya

27-06-2025, 00:17           
Paşinyan gəlmədi – Lukaşenkodan reaksiya
Ermənistan niyə bu mövqeyi tutdu? Ola bilsin ki, burada hər şey qaydasında deyil, biz bunu bir kənara ata bilmərik. Nəsə baş verirsə, yalnız bir tərəf günahkar ola bilməz.

Axar.az xəbər verir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko Avrasiya İqtisadi İttifaqının Minskdə keçirilən sammitində Ermənistan nümayəndə heyətinin iştirak etməməsi haqda danışarkən deyib.

Lukaşenko Aİİ-nin məqsədlərinin həyata keçirilməsində geriləmələrə də diqqət çəkib. Onun sözlərinə görə, 2025-ci ilə qədər ittifaqın strategiyasının 18 əsas bəndi yerinə yetirilməmiş qalır:

"Bununla belə, bu mürəkkəb məsələləri araşdırmaq üçün xüsusi bir istək yoxdur, lakin özümüzü məcbur etməliyik. Yerimizdə saysaq, başqaları bizə yetişəcək, bizi tapdalayacaq və irəli gedəcək. Birlik mümkün qədər cəlbedici olmalıdır".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru