“VİZA DƏSTƏYİ” MMC adlı şirkət onlarla vətəndaşı işə düzəltmək adı ilə aldadıb - TƏFƏRRÜAT

27-06-2025, 00:10           
“VİZA DƏSTƏYİ” MMC adlı şirkət onlarla vətəndaşı işə düzəltmək adı ilə aldadıb - TƏFƏRRÜAT
“VİZA DƏSTƏYİ” MMC adlı şirkət onlarla vətəndaşı işə düzəltmək adı ilə aldatdığı iddia edilir.

Patrulaz.az saytına müraciət edən zərərçəkmişlər bildirirlər ki, “VİZA DƏSTƏYİ” MMC adlı şirkət tərəfindən Almaniya və Litvada işə düzəltmək və viza almaq vədi ilə müxtəlif məbləğlərdə pullar alınıb, lakin vədlər yerinə yetirilməyib.

İddialara görə, ümumilikdə vətəndaşlara 15.000 manatdan çox maddi zərər dəyib. Zərərçəkmişlərin sözlərinə görə, şirkətin rəhbəri Samir Mədətov, vətəndaşlarla bilavasitə təmasda olan isə Mövluda adlı qadın olub. Mövluda xanım özünü həm şirkət əməkdaşı, həm də Samir Mədətovun həyat yoldaşı kimi təqdim edib.

Vətəndaşların diqqətini TikTok platformasında açılmış “mmc_viza_desteyi_” adlı profil vasitəsilə çəkiblər. Əlaqə üçün həmin səhifədə +994553459694 nömrəsi qeyd olunub. Zəng edən vətəndaşlara Xudaverdiyev Məlahət Sahib qızı adlı şəxs cavab verirmiş.

İddialara əsasən, vətəndaşlar Bakıda – Ziya Bünyadov prospektindəki ofisdə qəbul olunublar. Şirkətin Gəncə şəhərində də ofisinin olduğu bildirilir. Lakin işlərin alınmadığını görən zərərçəkmişlər pullarını geri tələb etdikdə, ofislər bağlanıb və şirkət nümayəndələri əlaqəni kəsiblər. Onlara sosial şəbəkə hesabları üzərindən yazan vətəndaşlar bloklanır, telefon zənglərinə isə cavab verilmir.

Zərərçəkmiş vətəndaşlar aidiyyəti dövlət qurumlarından məsələyə hüquqi qiymət verilməsini və qanunvericiliyə uyğun tədbirlərin görülməsini xahiş edirlər.

Patrulaz.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru