İran mediasından misli görünməmiş növbəti Ramazan yalanı - "Ayın yerinə Saturun planetini görüblər (?)

20-07-2015, 21:25           
İran mediasından misli görünməmiş növbəti Ramazan yalanı - "Ayın yerinə Saturun planetini görüblər (?)
Azərbaycanın İranmeyilli saytları Ramazan bayramı ilə bağlı növbəti gülünc məlumat yayıblar.


Avropa.info xəbər verir ki, Azərbaycanda fəaliyyət göstərən bir neçə İranmeyilli sayt Səudiyyə Ərəbistanı İslami Fiqh Assambeleyasının üzvi Məhəmməd Əl-Nəciminin adından açıqlama yayıb.

Açıqlamada bildirilir ki, Məhəmməd əl- Nəcmi Ramazan bayramının guya cümə günü deyil, sənbə günü olmalı olduğunu deyib. Guya Nəcmi Səudiyyə Ərəbistanının Ciddə şəhəri Astronomiya İdarəsi şəvval ayının hilalının görünməsi və Ramazan bayramının 17 iyul (cümə günü) elan olunmasının bir xəta olduğunu bəyan edib. İranmeyilli saytların yazdığına görə, Səudiyyəli alim Astronomiya İdarəsinin şəvval ayının hilalı yerinə Saturn planetini (?) gördüyünü bildirib.

Xəbərdə qeyd olunur ki, bu səbəbdən də Səudiyyə camaatının üzərinə düşən kəffarəni hökumət özü ödəyəcək. Ümumilikdə, bu xətaya görə 1 milyard 600 milyon Səudiyyə rialı dəyərində kəffarə ödəniləcək.

Avropa.info-nun qısa araşdırması nəticəsində məlumatın ağ yalan olduğu üzə çıxıb. Belə ki, nə Səudiyyə Ərəbistanı İslami Fiqh Assambleyasının rəsmi saytında, nə də Səudiyyə mediasında belə bir xəbərə rast gəlinmədi. Xüsusilə də 1 milyard 600 milyon dəyərində kəffarə pulunun ödəniləcəyi haqda da heç bir xəbər yoxdur. Hər halda belə bir ciddi məsələ ən azı Səudiyyə mətbuatı və xəbər agentliklərində yayılmalı idi. Ümumiyyətlə Məhhəmməd əl-Nəciminin də bu yöndə hər hansısa açıqlama verməsi ilə bağlı məlumat yoxdur.

Daha bir araşdırma nəticəsində isə məlum olub ki, ümumiyyətlə Səudiyyə Ərəbistanı İslami Fiqh Assambleyası adlanan qurum Ramazan bayramının nə vaxt keçirilməsi ilə bağlı fətva vermək səlahiyyətində deyil. Səudiyyə Ərəbistanında Ramazan bayramın tarixi ilə bağlı qərarı ölkənin Ali Məhkəməsi verir.

Avropa.info-nun araşdırması nəticəsində bəlli olub ki, bu xəbər İranın o qədər də ciddi olmayan saytları tərəfindən yayılıb. Bundan sonra isə İrana bağlı bir neçə Azərbaycanda fəaliyyət göstərən kiçik sayt bu yalançı xəbəri tirajlayıb. Hətta xəbərin daha inandırıcı olması üçün Tunis müftisinin də canlı yayımda xalqa müraciət ünvanladığı və xəta etdiklərini etiraf etməsi yazılıb. Hansı ki, Tunis mətbuatında da belə bir xəbər yoxdur. Hər halda müfti canlı yayımda müraciət edibsə, bunu videosu olmalı, ölkə mətbuatı da bundan yazmalıdır. Lakin belə məlumatlar da yoxdur.

Qeyd edək ki, İran istisna olmaqla dünyanın bütün ölkələri Ramazan bayramını iyulun 17-də keçirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.