Günəşdə partlayışın ilk fəsadları: rabitə pozuldu

8-09-2017, 08:46           
Günəşdə partlayışın ilk fəsadları: rabitə pozuldu
Sentyabrın 6-da Günəşdə baş vermiş və son 12 il ərzində ən güclü hesab edilən partlayış Avropa və Amerika ərazisində rabitənin pisləşməsinə səbəb olub.Partlayışlar seriyası sentyabrın 4-dən qeydə alınıb. Ən güclü partlayış dünən Bakı vaxtı ilə saat 16:00-da baş verib.

Mütəxəssislərin fikrincə, bu hadisə kosmik texnika və peyklərin də işinə zərər vura bilər.
Bundan başqa, Günəşdəki partlayışların güclü maqnit qasırğasına səbəb olduğu bildirilib.
Həmçinin, maqnit qasırğası xroniki xəstəliklərdən əziyyət çəkən insanların səhhətinin pisləşməsinə gətirib çıxara bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru