Kubada qasırğanın yaxınlaşması ilə əlaqədar 700 min nəfər təxliyə edildi

9-09-2017, 00:13           
Kubada qasırğanın yaxınlaşması ilə əlaqədar 700 min nəfər təxliyə edildi
Kubanın şərq bölgəsində “İrma” qasırğasının yaxınlaşması ilə əlaqədar 700 min nəfər təxliyə edilib.
APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, insanlar ölkə ərazisində yerləşən 45 evakuasiya mərkəzi və 39 xüsusi sığınacaqda yerləşdirilir.
Hazırda Kubanın bir sıra bölgələrində güclü küləklə müşayiət olunan leysan yağışları yağır. Sahilboyu ərazilər su altında qalıb.
Bundan əvvəl "İrma" qasırğası Karib adalarında 8 nəfərin ölümünə səbəb olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru