"Şeytan məktubu"nun sirri çözüldü — DƏHŞƏTLİ FAKTLAR

9-09-2017, 21:14           
"Şeytan məktubu"nun sirri çözüldü — DƏHŞƏTLİ FAKTLAR
341 il əvvəl şeytanın məcburən bir rahibəyə yazdırdığı məktubun sirri çözülüb. teref.az"Ölkə.Az"-a istinadən xəbər verir ki, məktubun sirri bir proqram vasitəsilə açılıb.

1676-cı ildə İtaliyanın Siciliya vilayətindəki Palma di Montechiaro monastrınının rahibəsi Mariya Krosifissa della Konkezioninin yazdığı məktubun kodları açılıb. Rahibənin iddiasına görə şeytan bu məktubu ona məcburən yazdırmışdı.

İtalyan kompüter mühəndisləri bildirir ki, məktubda "Tanrını insan yaratdı. İsa və Müqəddəs Ruh ölü ağırlığıdır. Tanrı ölümlü insanlara azadlıq bəxş edəcəyini zənn edir. Bu sistem heç kəs üçün yaxşı işləmir. Bəlkə də indi Stiks mümkündür (Stiks yunan mifologiyasında cəhənnəm çayının adıdır-red.)"-cümlələri var.

Yazının kodlarını açmaq üçün proqrama qədim yunan, ərəb, latın və run əlifbası yüklənib.

Elm adamları bildirir ki, dil mövzusunda mütəxəssis olan rahibə Mariya bildiyi dillərin fərqli xüsusiyyətlərindən istifadə edərək özünə məxsus tərzdə məktub yazıb. Məktubun başa düşülməyən qisimlərini isə rahibənin psixi problemlərinin olduğu ilə izah edirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru