Rusiya Suriyada daha bir polkovnikini itirdi

2-10-2017, 09:23           

Rusiyalı polkovnik Valeri Fedyanin bu gün Moskvadakı hospitalda ölüb.

Axar.az xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb. Məlumatda bildirilir ki, 22 sentyabrda polkovnik Valeri Fedyanin Suriyanın Həma bölgəsinə humanitar yardımın çatdırılması ilə məşğul olub. Onun da olduğu maşın keçərkən, terrorçular minanı partladıb və nəticədə polkovnik çoxsaylı yara alıb.

Suriyadan gətirilən və Moskvada hospitala yerləşdirilən polkovnik bu gün ölüb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.