Las-Veqasdakı ən böyük kazino qarşısında baş verən atışmada 20 nəfər yaralanıb - VİDEO

2-10-2017, 11:52           
Las-Veqasdakı ən böyük kazino qarşısında baş verən atışmada 20 nəfər yaralanıb - VİDEO
Las-Veqasdakı ən böyük kazino qarşısında atışma baş verib.
Bu barədə "Report" "New York Times"a istinadən xəbər verir.
"Mandalay Bay Casino"nun yaxınlığında atışma barədə məlumatı araşdırırıq. Hamını bu ərazidən yan keçməyə çağırırıq", - polisin "Twitter"də yerləşdirdiyi məlumatda deyilir.
Öz növbəsində, "Hollywood Reporter" qəzeti kazino yaxınlığındakı atışma nəticəsində azı 20 nəfərin yaralandığını bildirir.
Silahlının "Mandalay Bay Hotel" mehmanxana kompleksinin eyvanından yaxınlıqda təşkil edilən kantri-musiqi festivalına toplaşanlara atəş açdığı güman edilir.
[media=https://www.youtube.com/watch?v=B7ixInjs0C4]
[media=https://www.youtube.com/watch?v=s3HSNQ9zHRM]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru