Fransada terror aktı hazırlamaqda şübhəli bilinən 5 şəxs saxlanılıb

3-10-2017, 08:26           
Fransada terror aktı hazırlamaqda şübhəli bilinən 5 şəxs saxlanılıb
Fransa polisi terror aktı hazırlamaqda şübhəli bilinən 5 şəxsi saxlayıb.

APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, saxlanılanların kimliyi hələ ki, açıqlanmır. Saxlanılanların terror qruplaşmaları ilə əlaqəli olub-olmadıqları araşdırılır.

Qeyd edək ki, sentyabrın 30-a keçən gecə Parisin cənub-qərbində yaşayış evinin qarşısında 4 qaz balonu, onların ətrafında yerə tökülmüş yanacaq məmulatı və rabitə vasitələri aşkarlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru