Las-Veqasda qətliam törədən şəxs hadisədən əvvəl böyük məbləğdə pul transferi həyata keçirib

3-10-2017, 08:36           
Las-Veqasda qətliam törədən şəxs hadisədən əvvəl böyük məbləğdə pul transferi həyata keçirib
ABŞ-ın Las-Veqas şəhərində musiqi festivalının iştirakçılarını atəşə tutan 64 yaşlı Stiven Paddok hadisədən əvvəl kazinoda qumar oyunları ilə bağlı böyük məbləğdə pul transferi həyata keçirib.

APA-nın xəbərinə görə, bu barədə NBC telekanalı ABŞ hüquq-mühafizə orqanlarına istinadən məlumat verib.

Məlumata əsasən, söhbət on minlərlə dollar məbləğində pul köçürməsindən gedir. Hələ ki pul transferinin Paddokun kazinoda udub-uduzmaması ilə əlaqəsi müəyyən edilməyib. Cinayətkarın qardaşı Erik Paddok Stivenin tez-tez hotellərdəki kazinolara getdiyini, orada qumar oyunları oynadığını təsdiqləyib.

Qeyd edək ki, bu gecə “Mandalay Bay” hotel-kazino kompleksi yaxınlığında musiqi festivalında atışma baş verib. Hotelin 32-ci mərtəbəsindən festival iştirakçılarının atəşə tutulması nəticəsində 58 nəfər ölüb, təxminən 515-i nəfər yaralanıb. Hadisəni törədən Stiven Paddok polis tərəfindən tutulacağını görüb özünü öldürüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru