Meksikada zəlzələdən sonra evlərin bərpasına 380 milyon dollar ayrılacaq

3-10-2017, 08:58           
Meksikada zəlzələdən sonra evlərin bərpasına 380 milyon dollar ayrılacaq
Meksikada 7,1 maqnituda gücündə baş verən zəlzələ nəticəsində dağılmış yaşayış evlərinin bərpası üçün federal hakimiyyət, Oaxaka və Çyapas ştatları hökumətləri tərəfindən 380 milyon dollar vəsait ayrılıb.
"Report" xəbər verir ki, bunu ölkə prezidenti Enrike Penya Nyeto bildirib.
"Əgər söhbət tam dağılmış evdən gedirsə, o zaman maliyyə dəstəyi 6,5 min dollar olacaq", - deyə dövlət başçısı qeyd edib.
Bildirilir ki, vəsait zərərçəkmişlərə veriləcək xüsusi bank kartlarına köçürüləcək.
Qismən dağılmış evlərə isə 15 min peso məbləğində təzminat ayrılacaq.
Meksikada güclü zəlzələ sentyabrın 19-da baş verib. Nəticədə 360-dan çox insan həyatını itirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru