Ermənistan ordusunun itkiləri: 9 ayda 46 hərbçi ölüb - Etiraf etdikləri budur

3-10-2017, 13:09           
Ermənistan ordusunun itkiləri: 9 ayda 46 hərbçi ölüb - Etiraf etdikləri budur
Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisi son 9 ay ərzində Ermənistan ordusunda qeydə alınan ölüm faktları ilə bağlı hesabat açıqlayıb.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Vanadzor ofisinin araşdırmasına görə, qeyd olunan dövrdə 46 ölüm hadisəsi qeydə alınıb. Ölənlərdən 29-u müddətli hərbi qulluqçu olub.

44 hadisə ilə bağlı rəsmi məlumat verilsə də, 2 fakt haqqında yalnız kütləvi informasiya vasitələrində xəbər yaylıb.

Cari ilin 9 ayı ərzində baş verən ölüm hadisələrinin böyük hissəsi, yəni 29 ölüm hadisəsi işğal altında olan Dağlıq Qarabağda yerləşən qanunsuz silahlı birləşmələr tərkibində qeydə alınıb.

Ermənistanın Baş Hərbi istintaq idarəsinin yaydığı məlumata görə, 38 ölüm hadisəsi barədə cinayət işi açılıb. 21 ölüm hadisəsi isə atəşkəsin pozulması nəticəsində baş verib.

Hesabata görə, sağlamlıq problemləri ilə bağlı ölüm hallarının sayı artıb. Keçən ilin müvafiq dövründə 1 hadisə, 2017-ci ilin yanvar-sentyabr ayı ərzində isə 4 ölüm hadisəsi qeydə alınıb.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi (MN) dəfələrlə erməni silahlı bölmələrində qeydə alınan itkilərin açıqlanan rəsmi rəqəmlərdən daha çox olduğunu bəyan edib. Nazirlik bildirib ki, erməni hərbi rəhbərliyi silahlı qüvvələrdə baş verən çoxsaylı itkini əhalidən gizlədir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.