ABŞ-da avtomobildə xeyli miqdarda silah-sursat aşkarlanıb
4-10-2017, 07:18
ABŞ-da avtomobildə xeyli miqdarda silah-sursat aşkarlanıb. "Report"un məlumatına görə, bu barədə "Associated Press" xəbər verib. Xəbərdə qeyd olunur ki, hadisə Tennesi ştatında qeydə alınıb. Belə ki, şerif Ed Qreybel bildirib ki, ştat polisi sürət həddini aşan 43 yaşlı Skott Edmistenin avtomobillində 900-dan çox mərmi və müxtəlif növ silahları aşkarlayıb. Edmisten saxlanılıb. O, qanunsuz silah saxlamaqda, sürət həddini aşmaqda ittiham edilir.