Fransada sərnişin avtobusları toqquşub: xəsarət alanlar var

4-10-2017, 08:41           
Fransada sərnişin avtobusları toqquşub: xəsarət alanlar var
Fransada iki sərnişin avtobusunun toqquşması nəticəsində 19 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə "Le Parisien" məlumat yayıb. Məlumatda bildirilir ki, hadisə İvelin departamentində baş verib. Qəza zamanı xəsarət almış iki sürücü də daxil olmaqla, 5 yaralı xəstəxanaya yerləşdirilib.

Hadisəyə əyləc sistemində nasazlığın yaranması səbəb olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.