Şimali Koreyada vətəndaşlara benzin satışı dayandırılıb

4-10-2017, 11:49           
Şimali Koreyada vətəndaşlara benzin satışı dayandırılıb
Şimali Koreyada vətəndaşlara benzin satılması dayandırılıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Yaponiyanın “Asahi” qəzeti yazıb.
Nəşrin məlumatına görə, hazırda ölkənin yanacaqdoldurma məntəqələrindən yalnız hakimiyyətdəki Əmək Partiyasının, hökumətin, Silahlı Qüvvələrin və xüsusi xidmət orqanlarının yüksək vəzifəli məmurları benzin ala bilirlər.
Qəzet yazıb ki, BMT-nin sanksiyasından sonra ölkə rəhbərliyi belə bir məhdudiyyəti tətbiq edib və məqsəd yanacaq ehtiyatı toplamaqdır.
Şimali Koreya hökumətinin hesablamalarına görə, ölkənin illik neft və neft məhsulları ehtiyacı 700-900 min tondur.
Qeyd edək ki, bu ilin sentyabrında BMT rəsmi Pxenyanın nüvə silahı sınaqdan keçirməsini beynəlxalq qadağaları pozmaq kimi dəyərləndirərək, bu ölkəyə qarşı sanksiya tətbiq edib. Şimali Koreyaya neft və neft məhsullarının ixracı da sanksiya siyahısında öz əksini tapıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru