Rusiyada azərbaycanlı idmançını güllələyən şəxs saxlanılıb

4-10-2017, 11:50           
Rusiyada azərbaycanlı idmançını güllələyən şəxs saxlanılıb
Çelyabinskdə kikboksinq üzrə beynəlxalq dərəcəli idman ustası, azərbaycanlı Ramil Caniyevin qətlində şübhəli bilinən şəxs saxlanılıb.

APA-nın “znak.com”a istinadən verdiyi məlumata görə, 26 yaşlı Eldəniz Bağırov oktyabrın 3-də həbs edilib. Rusiya İstintaq Komitəsinin Çelyabinsk üzrə İdarəsinin Kurçatov rayonu üzrə İstintaq Şöbəsinin rəisi İqor Mitroxin bildirib ki, hazırda E. Bağırov müvəqqəti istintaq təcridxanasında saxlanılır.

Qeyd edək ki, kikboksinq üzrə beynəlxalq dərəcəli idman ustası Ramil Caniyev sentyabrın 8-də yaşadığı evin qarşısında güllələnib. O, xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, başından güllə yarası almış idmançını xilas etmək mümkün olmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru