İspaniya Ali Məhkəməsi 36 yaşlı rusiyalı haker Pyotr Levaşovu ABŞ-a vermək haqqında qərar qəbul edib.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı İspaniya mətbuatı yayıb.
Qeyd edək ki, Levaşov aprel ayında Barselonada həbs olunub. O, 100 min kompüterə virus yoluxdurmaqda ittiham olunub. Levaşova qarşı bu ittihamları ABŞ irəli sürüb. Onu hazırda ABŞ-da 52 il həbs cəzası gözləyir.