Tehran: İran ballistik raketlərinin sərrastlığını artırır

8-10-2017, 11:46           
Tehran: İran ballistik raketlərinin sərrastlığını artırır
İran nüvə silahına sahib olmaq deyil, ballistik raketlərinin sərrastlığını artırmaq məqsədi ilə sınaqları keçirir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İran XİN rəhbəri Məhəmməd Cavad Zərif ABŞ-ın “Newsweek” nəşrinə müsahibəsində bildirib.

O qeyd edib ki, İranın arsenalındakı ballistik raketlər ölkənin müdafiəsini təmin etmək üçün istehsal olunub və nüvə silahı kimi istifadə üçün tamamilə uyğunsuzdur.

“Biz raketlərin sərrastlığını artırmaq məqsədi ilə onları sınaqdan keçirməkdə davam edirik. Əgər raket nüvə silahı kimi istifadə üçün istehsal edilibsə, belə halda sərrastlığa gərək yoxdur. İranın sahib olduğu ballistik raketlər qeyri-nüvə başlıqların quraşdırılması üçün nəzərdə tutulub”, - deyə nazir qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru