Tanınmış milyarderin oğlu qəzada öldü

8-10-2017, 13:47           

Dəbli “Monsoon” brendinin qurucusu və “Accessorize”nin sahibi Piter Saymonun 32 yaşlı oğlu "Porşe 911" markalı avtomobilinin idarəetməni itirməsi nəticəsində qəzaya düşüb.

Axar.az xəbər verir ki, Susseks əyalətinin qərbində Çiçester yaxınlığında baş verən hadisə zamanı maşın yoldan çıxaraq, yüksək sürətlə ağaca çırpılıb.

Hadisə yerinə dərhal hava təcili yardım xidməti əməkdaşları cəlb olunsa da, Corc Saymonun həyatını xilas etmək mümkün olmayıb.

Polis hadisə ilə bağı araşdırmalara başlayıb. Piter Saymonun yaxınları milyarderin oğlunun ölümü ilə çökdüyünü bildirir:

“Piter və bütün yaxınları tamamilə alt-üst olublar. Corc pleyboy deyildi, demək olar, heç vaxt içməzdi, narkotik vasitələr qəbul etmirdi və təcrübəli sürücü idi. Deyəsən o idarəetməni itirib. Bu dəhşətlidir. O, həqiqətən çox gözəl oğlan idi”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.