Putin-Berluskoni dostluğunun tarixi - MARAQLI FAKTLAR
30-07-2015, 22:21
“Forbes” jurnalının rus versiyası ölkə başçısı Vladimir Putinlə İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin dostluq münasibətlərinə işıq salıb. Avropada Putinin ən yaxın dostu sayılan Berluskoni postunu itirdikdən sonra və çoxsaylı məhkəmə prosesinə təqsirləndirilən şəxs qismində cəlb olunmasına baxmayaraq, rusiyalı həmkarı ilə isti münasibətləri saxlamaqdadır.
Modern.az saytı “Forbes” jurnalına istinadən Putin-Berluskoni dostluğunun önəmli məqamalrına toxunur.
2015-ci il iyunun sonlarında məhkəmə qərarı ilə bir neçə aylıq icbari əməyə cəlb edilmiş Berluskoni Rusiyaya səfər edib. O, dostu Putinlə birlikdə “Qazprom” şirkətinin Altay respublikasındakı düşərgəsində istirahət edib. Rusiyalı jurnalistlər xəbər verirlər ki, yerli “Altay” və Ursul” ansamblları ali qonaqlar qarşısında çıxış edərək, onları əyləndiriblər.
2009-cu ildə Putin və Berluskoni Be-200 “amfibiya-təyyarəsi”ni sınaqdan çıxarıblar. O zaman İtaliyada baş nazir olan Berluskoni hətta Rusiya FHN-nə məxsus təyyarənin göyərtəsinə qalxaraq, onu qısa müddət idarə etmişdi.
2005-ci il avqusutn 29-da həyat yoldaşı Veronika Berluskoni ilə Rusiyaya gələn İtaliya baş naziri Putinin Vadik adı verdiyi poni ilə də tanış olmuşdu.
2013-cü ilin sentyabrında Putin Berluskoninin azyaşlı fahişə ilə əlaqədə olma ittihamı ilə 7 il müddətinə azadlıqdan məhrum edilməsini (qərar sonradan ləğv olunmuşdu) qəzəblə qarşılamışdı. “Valday” beynəlxalq diskussiya məktəbindəki müzakirələr zamanı Putin “onu qadınlarla yaşadığı üçün mühakimə edirlər. Əgər o, homoseksual olsaydı, heç kim ona barmağını da tuşlamazdı”-deyə dostunun əməllərinə haqq qazandırmışdı.
2002-ci ilin avqustunda Rus çayı muzeyində birgə dequstasiya zamanı Vladimir Putin Berluskoninin təklifi ilə qızlarını İtliyaya istirahətə göndərib. Bir neçə həftə Berluskoninin Sardiniya adasındakı şəxsi mülkündə isitrahət edən Martiya və Katerina Putinalar səfərdən məmnunluqlarını ifadə etmişdilər.
2003-cü ilin iyulunda İtaliya baş naziri və Rusiya prezidenti Kremldə danışıqlar aparıblar. Yarım saat jurnalistlərin suallarını cavablandıran dövlət başçıları qəfildən mətbuat konfransını tərk ediblər.
“Mən anlayıram ki, bütün bunlar böyük beynəlxalq problemlərdir. Lakin dünən axşamdan heç nə yeməmişəm və acından ölürəm. Ona görə də cənab Putindən xahiş edərdim ki, məni bu vəziyyətdən çıxarmaq üçün yardım etsin”.
Dostunun sözünü yerə salmayan Putin onunla birlikdə konfransı tərk edərək banket zalına getmişdi.
2015-ci ilin 6 iyununda İtaliyanın populyar “Corriere della Sera” qəzetinə müsahibə verən Putin Berluskoni ilə münasibətlərinin dostluğa çevrilməsindən danışıb.
“Bizim xoş münasibətlərimizin əsası onun tam səmimi şəkildə dövlətlərimiz arasında sağlam münasibətlər qurmaq istəməsi idi”.
2008-ci ilin aprelində Putin və Berluskoni Sardiniya adasında görüş keçiriblər. Görüşdən bir qədər əvvəl isə biznesmen Aleksandr Lebedevə məxsus “Moskovskiy korrespondent” qəzeti Putinin həyat yoldaşı Lyudmila ilə boşanması və Dövlət Dumasının üzvü, keçmiş gimnast Alina Kabayevə ilə evlənməsi barədə xəbər yaymışdı. Berluskoni ilə birgə mətbuat konfransı zamanı jurnalistlərdən biri həmin informasiyanın doğru olub-olmadığını Putindən soruşub.
Rusiya prezidenti isə xəbəri nə təkzib, nə də təsdiq edib.
“Şəxsi həyat heç kimin müdaxilə edə bilməyəcəyi sahədir. Mən həmişə öz burunları və erotik fantaziyaları ilə başqalarının həyatına müdaxilə edən şəxslərə mənfi yanaşmışam”.
Bu açıqlamadan bir gün sonra Lebedev “Russkiy korrespondent” qəzetinin zərərlə işlədyi üçün bağlandığını elan etdi.
Amma 2013-cü ilin iyununda Putin həyat yoldaşı ilə boşandığını rəsmən bəyan etdi.
2013-cü ilin yanvarında isə Silvio Berlsukoni Putini “dünyanın ən yaxşı siyasətçisi” elan etdi. “Euronews” telekanalına müsahibəsi zamanı Berluskoni dostunun beynəlxalq imici ilə onun real siması arasında böyük uçurumun olduğunu demişdi.
“O, beynəxlalq aləmdə ən yaxşı siyasətçidir. Onun hazırki obrazı onun əsl simasının əksidir. Belə bir prezidenti olduğu üçün Rusiyanın bəxti gətirib”.
Putinlə Berluskoninin ilk görüşü zamanı italyan siyasətçi Rusiyanın gələcəkdə NATO-ya üzv olacağı vədini vermişdi. Bu məqsədlə 2002-ci ildən Rusiya-NATO Şurası da fəlaiyyət göstərirdi. Lakin 2014-cü il aprelin 1-dən Ukrayna hadisələrinə görə həmin şura ləğv olundu.
2010-cu ilin dekabrında “Wikileaks” sənədləri Putinlə Berluskoni arasında xüsusi əlaqələrin olması barədə faktlar üzə çıxardıqdan sonra İtaliyanın “La Stampa” qəzeti iki dövlət başçısı arasında ov zamanı baş verən real hadisə barədə məlumat vermişdi.
“Berluskoni kürk geyinərək Putinlə qarlı havada ova çıxır. Onlar danışır, planlar qururdular. Bu zaman onların yanından kölgə keçir. Putin cəld tüfənglə nişan alır və atəş açılır. O, maralı bir güllə ilə vurub öldürür. Bundan sonra, böyük bıçaq çıxararaq, maralın döş qəfəsini açır və onun ürəyini çıxararaq dostluq rəmzi olaraq Berluskoniyə uzadır. Amma dostunun mənzərədən sarsılaraq, yerə yıxıldığını görüb təəssüflənir”.
Sonradan aydınlaşır ki, hadisə reallıqda baş versə də, huşunu itirən şəxs Berluskoni deyil, onun şəxsi tərcüməçisi olub.
2003-cü ildə Berluskoni Sardiniyadakı mülkünə Putinin ilk gəlişi münasibətilə “Mən həmişə səni düşünürəm” mahnısını yazıb.
2002-ci ildə Berluskoni Rusiyada səfərdə olarkən Putin ona Moskvada çap edilmiş “Berluskoni effekti” kitabını hədiyyə edib.