Əfqanıstanda "Taliban"ın hücumu nəticəsində 13 polis ölüb
29-10-2017, 10:25
Əfqanıstanın Kunduz əyalətində "Taliban" terror təşkilatının hücumu nəticəsində ən azı 13 polis əməkdaşı həyatını itirib. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü "Pajhwok" agentliyi öz "Twitter" səhifəsində yazıb. İnsidentin təfərrüatları məlum deyil.