"Toyota" yeni taksi modeli istehsal etdi - FOTO

30-10-2017, 08:18           

Avtomobil 100 kilomterə 5,2 litr yanacaq sərf edir
1936-cı ildən Yaponiya taksomotor parkları üçün avtomobil istehsal edən Toyota şirkəti yeni taksini təqdim edib. JPN Taxi adını almış keb uzadılmış təkər bazasına, daha geniş salona və səskeçirməyən pəncərələrə sahib olub.
Avtomobil Yaponiya üçün ənənəvi olan «indiqo» rənginə boyanır. Toyota şirkətindən JPN Taxi modelinin özündə yapon qonaqpərvərliyinin ruhunu daşıdığını bildiriblər. Model rahat giriş-çıxışı təmin edən qapı dəstəkləri, sürüşdürülərək açılan qapılar, yaxşı görüntünü təmin edən iri pəncərələr və 401 litrlik baqaj bölümü ilə təchiz edilir. Sərnişin bölümünün qapı yerinin eni 720 millimetr, hündürlüyü isə, 1300 millimetrdir. Döşəmənin hündürlüyü 320 millimetr təşkil edir. Ön və arxa sərnişin oturacaqları arasındakı məsafə 1031 millimetrdir.
Arxada oturan sərnişinlərin başı üzərindəki məkan 203 millimetrə bərabərdir. Yeni avtomobilin təchizatına havanın təmizlənməsi sistemi, arxa sərnişinlər üçün deflektorlar, havanın sirkulyatoru və arxa oturacaqların qızıdırılması daxildir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.