Ərəbistanda şok hadisə- Dünyanın ilk vətəndaş robotu ailə qurmaq istəyir

25-11-2017, 11:27           
Ərəbistanda şok hadisə- Dünyanın ilk vətəndaş robotu ailə qurmaq istəyir
Çin Xalq Respublikasında fəaliyyət göstərən Hanson Robot Şirkətinin istehsal etdiyi, ötən ay Səudiyyə Ərəbistanı tərəfindən vətəndaşlıq verilən Sophia adlı robot Dubayda keçirilən "Bilgi Zirvəsi-2017”-də iştirak edib.


Aymobi.com xarici mediaya istinadən xəbər verir ki, mətbuata müsahibə verən Sophia ailənin çox önəmli olduğunu, "gələcəkdə ailə qurmaq istədiyini” bildirib. Əgər robot bir qızı olarsa, ona öz adını qoyacağını deyən Sophia robotların da ailə qurmaq haqqı olduğunu ifadə edib.


"Əgər bir ailəniz varsa şanslısınız. Yoxdursa da bir ailəni haqq edirsiniz. Məncə bu həm robotlar, həm də insanlar üçün keçərlidir”- robot Sophia belə deyib.


Qeyd edək ki, Səudiyyə Ərəbistanı oktyabrın 25-də Ər-Riyadda keçirilən "Gələcəyin İnvestisiya Cəhdləri” adlı tədbirdə Sophiaya vətəndaşlıq verildiyini açıqlamışdı.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.