İŞİD-dən görünməmiş edam metodu - Qollarını qılıncla vurub, başını kəsdilər - Foto

25-11-2017, 17:12           

Getdikcə tarixə qovuşmaqda olan İŞİD terror təşkilatının Əfqanıstandakı qolu sələfi ideologiyalı "Xorasan Vilayəti" qruplaşması təşkilatın cinayətləri sırasına görünməmiş edam metodlarından daha birini əlavə edib. Əfqanıstan-Pakistan sərhədi yaxınlığında dağlıq ərazilərdə təşkilatlanan qruplaşma Pakistan kəşfiyyatına məlumat ötürməkdə təqsirli bilinən şəxsi saxlayıb. Terror təşkilatının yayımladığı videoda casusluqda ittiham olunan şəxsin əllərinin qandalla ağaca bərkidildiyi görülür. O, edam icra olunmazdan əvvəl casusluğunu etiraf edir. Əllərində qılınc olan iki terrorçu onun arxa tərəfindən qollarını vurur, daha sonra başı kəsilir. Edam icra olunarkən kənarda azyaşlı İŞİD üzvünün də olması diqqət çəkir. Qeyd edək ki, 2015-ci ildə "Taliban" terror təşkilatından ayrılan bir neçə qrup 'Xorasan Vilayəti" adı atlında birləşərək İŞİD terror təşkilatına beyət edib. Mənbə: http://eastnews.org/news/18651
Eastnews.org















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru