Fransada miqrant avtomobili polisin üzərinə sürüb

26-11-2017, 09:30           
Fransada miqrant avtomobili polisin üzərinə sürüb
Fransanın şimalındakı Kale şəhərində içərisində miqranların olduğu avtomobil polis əməkdaşlarının üzərinə sürülüb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, hadisə nəticəsində bir polis əməkdaşı xəsarət alıb.
Məlumata görə, hadisə post-patrul əməkdaşları avtomobildə yoxlanış keçirmək istəyərkən baş verib. Avtomobildə 6 İraq və 3 Əfqanıstan vətəndaşı olub. Onların Böyük Britaniyaya üz tutduqları bildirilir.
"Le Figaro" isə insident zamanı 1 nəfərin yox, 6 nəfərin xəsarət aldığını xəbər verib..
Kale liman şəhərində Böyük Britaniyaya üz tutan miqrantların ən böyük çadır düşərgəsi yerləşib. Fransanın hakimiyyət orqanları şəhərçiyin ötən il dağıdıldığını desələr də, miqranların Kaleyə axını indiyədək davam edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru