5 yaşında dünyaya uşaq gətirmiş qızcığazın indiki halı və hadisənin dəhşətli detalları. Şok olacaqsınız!(Fotolar)
12-01-2018, 00:22

1939-cu ildə 5 yaşındaykən hamilə qalan və dünyaya sağlam bir oğlan uşağı gətirən perulu Lina Medinanın bugünkü halının fotosu yayılıb.
Lina Medina bu gün həyatdadır və 81 yaşındadır.
Fotoda gördüyünüz Lina Medinanın illər əvvəl yaşadığı hadisənin detalları isə daha dəhşətlidir. Hadisə barəsində eşitməyənlər üçün Lina Medinanın başına gələn o dəhşətli hadisə haqqında məlumatı və o zaman çəkilmiş fotoları da təqdim edirik:
1939-cu ildə Peruda, And dağlarının ətəklərində kasıb bir ailənin qızı olan 5 yaşlı Lina Medinanın qarnı və sinəsi qısa müddətdə sürətlə böyüməyə başlayır. Qızının vəziyyətindən çox qorxan anası qızının xəstə olduğunu düşünür. Linanın qarını o qədər böyüyür ki, anası bunun qorxunc bir şiş olduğunu zənn edir və dərhal xəstəxanaya aparır.
Xəstəxanaya getdikdə isə başqa bir durumla qarşı-qarşıya qalırlar. Balaca qızın qarnı anasının düşündüyü kimi şişdən ötəri şişmirmiş, Lina 7 ay yarımlıq hamilə imiş. Ailə aldığı bu xəbərdən sarsılsa da Lina 1939-cu ilin may ayının 14-də 2 kilo 700 qram ağırlığında sağlam bir oğlan uşağı dünyaya gətirir.
Doğumu həyata keçirən həkim Gerardo Lozada uşağa adını verir. Həkimlər 5 yaşlı uşağın hamilə qalmasını və dünyaya uşaq gətirməsini bir möcüzə kimi dəyərləndirilər.
Ancaq hadisə bununla bağlanmır. Çünki dünyaya gəlmiş hər bir körpənin bir atası olmalıdır. Bu səbəbdən də Lina Medinanın atasından şübhələnirlər və onu həbs edirlər. Ancaq qısa müddətdən sonra dəlil yetərsizliyindən sərbəst buraxırlar.
Lina Medina 38 yaşında ikən evlənib təkrar ana olur. O, hələ də yaşayır və 81 yaşındadır. 10 yaşına qədər öz anasını bacısı olaraq bilən Gerardo 40 yaşındaykən ilik xərçəngindən vəfat edir. 40 il yaşamış Gerardonun atasının kim olması isə hələ də bilinmir.
Moderator.a
