Neftin qiyməti ilə bağlı şok proqnoz - 7dollar olacaq
21-08-2015, 20:23
Neftin bir barelinin qiyməti tezliklə 10-20, daha sonra 6-7 dollara satıla bilər. Bu proqnozla böyük amerikalı investor Devid Коток çıxış edir. Eyni proqnozu Bloomberg CNN də edib.
Səbəb odur ki, qiymətlərin aşağı enməsi fonunda nefti ixrac edən ölkələr itkilərinin kompensasiya məqsədi ilə qara qızılın satışını artırır.
Amerikalı ekspertlərin fikrincə, yaxın gələcəkdə neft “quyudan çıxarıb tankerə doldurmaq” qiymətinə satıla bilər. OPEK-in kvota sistemi faktiki olaraq dağıldı, bazarın isə idarə olunması artıq qeyri-mümkündür. Təbii ki, süqutundan sonra qiymətlərin xeyli artımı gözlənilsə də, analitiklərin fikrincə yaxın gələcəkdə belə bir perspektivi gözləməyə dəyməz.
Qeyd edək ki, bu gün Londonda keçirilən hərraclarda Brent markalı neftin bir bareli 46,37 dollara satılır.