Suriyanın raket əleyhinə müdafiə qüvvələri Əl-Kunteyr şəhəri üzərində İsrailə məxsus qırıcı təyyarəni zərərsizləşdirib.
"Report" "Fars News"a istinadən xəbər verir ki, ötən cümə Qolan təpələrinin atəşə tutulmasından sonra İsrailin Hərbi Hava Qüvvələri Suriyanın qərb rayonlarına zərbə endirməyə başlayıblar.
Aviazərbələrin hədəfi Dəməşq və Əl-Kunteyrdə 68 və 90-cı briqadaların hərbi bazaları olub. Cümə axşamı İsrailin Livan ilə sərhədində - Qolan təpələri və Qaliley şəhərinin hər birinə iki raket atılıb. İsrail hərbçilərinin məlumatına görə, raketlər Suriya ərazisindən atılıb. Bundan sonra İsrail cavab zərbəsi endirib və nəticədə ən azı 4 nəfər həlak olub.