ABŞ-ın Virciniya ştatında canlı yayım zamanı bir jurnalist və bir fotomüxbir naməlum şəxs tərəfindən güllələnib.
APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında jurnalistlər “Bridgewater Plaza”da müsahibə alarkən baş verib. Öldürülən şəxslər - 24 yaşlı reportyor Alison Parker və 27 yaşlı fotoqraf Adam Vard ştatın WDBJ7 televiziyasının əməkdaşları olub.
Hazırda polis cinayətkarın tapılması istiqamətində iş aparır.