ƏRƏB MACARALARI:“Havaya uçurun!” - Qətliam planı ORTAYA ÇIXDI

12-03-2018, 18:45           

Qətərdə 1996-ci ildə uğursuz dövlət çevrilişinə cəhdlə bağlı yeni məlumatlar və sənədlər dərc edilib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, sənədlərə görə, dövrün Bəhreyn kralı Hamed ibn İsa əl-Xəlifə Qətərin paytaxtı Dohada partlayışların törədilməsi barədə təlimat vermişdi.

Məlumata görə, Bəhreyn kralının partlayışların törədilməsi üçün 100 min Bəhreyn dinarı mükafat ayırmışdı. Dövrün kəşfiyyat hesabatlarına görə, Dohada çoxlu sayda minalanmış avtomobil tapılmışdı.

Dövlət çevrilişinə cəhddə iştirak edən hərbçilərlə bağlı yayımlanan sənədlərə görə, qiyamçıların komandanlığında yer alan hərbçilərə Bəhreyn və Səudiyyə Ərəbistanı pasportları verilmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru