Jurnalistin qətlinə görə daha bir nazir istefa verdi

12-03-2018, 23:14           

Slovakiyada fevralın 25-də öldürülən araşdırmaçı jurnalist Yan Kutsiyak və sevgilisi Martina Kuşnirovanın qətlindən sonra daha bir nazir istefa verib

Qafqazinfo xarici KİV-ə istinadən xəbər verir ki, mədəniyyət naziri Marek Madyariçdən sonra daxili işlər naziri Robert Kalinyak da istefa verib.

Cinayətin üstünün açılmasında aciz qalan nazir təzyiqlərə tab gətirə bilməyib və vəzifəsindən ayrılıb.

Qeyd edək ki, 27 yaşlı araşdırmaçı jurnalist daha çox siyasətçilərlə bağlı yazılarına görə tez-tez təzyiqlərə məruz qalırdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru