Texasda gün ərzində ikinci bağlama partlayıb

13-03-2018, 00:44           
Texasda gün ərzində ikinci bağlama partlayıb
Bazar ertəsi ABŞ-ın Texas ştatının Ostin şəhərində daha bir bağlama partlayıb.“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə KXAN telekanalı məlumat yayıb.

Partlayış yaşayış evində baş verib. Təqribən 70 yaşlı qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. İkinci zərərçəkmiş birbaşa partlayışla əlaqəli olmayan travma ilə xəstəxanaya yerləşdirilib.

Bu gün ilk partlayıcı qurğu Ostindəki fərdi evlərdən birinin kandarında işə düşüb. Hadisə nəticəsində 17 yaşlı yeniyetmə yerindəcə keçinib, təqribən 40 yaşlı qadın ağır vəziyyətdə xəstəxanaya aparılıb.

Hadisələr arasında hər hansı bir əlaqənin olub-olmadığı hələ ki, məlum deyil. Polis faktla bağlı araşdırma aparır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru