London "Skripal işi"nə görə Rusiya diplomatlarını ölkədən çıxara bilər

13-03-2018, 08:30           
London "Skripal işi"nə görə Rusiya diplomatlarını ölkədən çıxara bilər
Böyük Britaniya hökuməti SSRİ Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və qızı Yuliyanın Solsberi şəhərində zəhərlənməsi ilə əlaqədar silsilə tədbirlərə Rusiya diplomatlarının ölkədən qovulması ilə başlaya bilər.

"Report" "The Guardian" nəşrinə istinadən xəbər verir ki, London həmçinin Böyük Britaniyada əmlak əldə etdikləri vəsaitlərin mənşəyinin qanuniliyini sübut edə bilməyən Kremllə əlaqəli Rusiya oliqarxları və məmurlarının aktivlərini dondura bilər.

Nəşrin ehtimalına görə, London Qərbi Balkan ölkələrinin sammitindən "Rusiya təsiri ilə mübarizə" üçün regionun siyasi qüvvələrinə dəstək göstərmək məqsədi ilə istifadə edə bilər. Eyni zamanda, Britaniya NATO-da alyansın Baltikyanı ölkələrdə hərbi iştirakının gücləndirilməsinə təkan verməyə başlaya bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru