Vəzifədən uzaqlaşdırılan Tillersondan ilk AÇIQLAMA

14-03-2018, 06:52           
Vəzifədən uzaqlaşdırılan Tillersondan ilk AÇIQLAMA
ABŞ prezidenti Donald Trampın qərarı ilə vəzifəsindən uzaqlaşdırılan Reks Tillerson mətbuat konfransı keçirib.

Sfera.az xarici mətbuata istinadən bildirir ki, Tillerson bu qərardan sonra prezidentlə telefonda danışdığını deyib:

"31 mart vəzifədəki son günüm olacaq. Suriyada və İraqda görülməli olan çox iş var. Bunları müttəfiqlərimiz olmadan bacara bilmərik".

Xatırladaq ki, Donald Tramp İranla bağlanan nüvə müqaviləsi mövzusunda fikir ayrılığı yaşadıqları üçün dövlət katibliyi vəzifəsinə Tillersonun əvəzinə Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Mayk Pompeonu gətirdiyini açıqlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru