Tramp Ədliyyə Nazirliyindən FTB-nin onun seçki kampaniyasına müdaxiləsini araşdırmağı tələb edib

21-05-2018, 03:55           
Tramp Ədliyyə Nazirliyindən FTB-nin onun seçki kampaniyasına müdaxiləsini araşdırmağı tələb edib
ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların Ədliyyə Nazirliyindən Federal Təhqiqatlar Bürosunun (FTB) onun seçki kampaniyasına müdaxilə edib-etməməsini aydınlaşdırmağı tələb edib.

"Report" xəbər verir ki, bu barədə Amerika lideri "Twitter"də bildirib.

Tramp həmçinin bildirib ki, o, yaxın vaxtlarda rəsmi bəyanatla çıxış edəcək.

"Tələb edirəm və bunu sabah rəsmən edəcəm ki, Ədliyyə Nazirliyi FTB/Ədliyyə Nazirliyi tərəfindən Trampın seçkiqabağı kampaniyasına siyasi məqsədlərlə müdaxilə və ya müşahidənin, habelə Obama administrasiyasının (ABŞ-ın keçmiş prezidenti Barak Obama nəzərdə tutulur-red) nümayəndələri tərəfindən bu cür tələblərin olub-olmaması məsələsinə baxsın", - deyə o, "Twitter"də yazıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.