Üzən dövlət nə vaxt hazır olacaq? - Tarix

22-05-2018, 09:14           
Üzən dövlət nə vaxt hazır olacaq? - Tarix
ABŞ sərmayədarı və iş adamı, “Pay Pal” ödəniş sisteminin həmtəsisçisi Piter Til tam suda yerləşən dünyanın ilk dövlətinin inşasına 50 milyon dollar investisiya yatıracaq.

Teleqraf.com “ICTnyus”a istinadən xəbər verir ki, biznesmen tanınmış alim və arxitektorlarla əməkdaşlıqda, eləcə də Polineziya hökumətinin dəstəyi ilə sakinləri 300 iri obyektdə məskunlaşacaq minidövlət yaratmağı planlaşdırır.

Layihə üzərində işdə iştirak edən Uorvik Universitetinin alimləri hesab edir ki, süni ada dövləti “Vayron” rəqəmli valyutasına malik tam müstəqil ölkə yaratmağa imkan verəcək. Layihə günəş panelləri və yüksək tutumlu elektrik enerji anbarları kimi möhkəmliyi ilə seçilən müasir materialların və enerjiyə qənaətcil texnologiyaların tətbiqi ilə yerinə yetiriləcək.

Obyekt qoruyucu baryerlə əhatə olunan 118 adadan ibarət vahid bütöv konstruksiya şəklində olacaq. Unikal arxitektura kompleksinin tikintisi Taiti sahillərində nəzərdə tutulur və 2022-ci ilə qədər hazır olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru