Litvaya 1500 vahid hərbi texnika gətiriləcək- NATO təlimlərinin keçirilməsi üçün

23-05-2018, 00:01           

İyunun 6-dan 9-dək Litva ərazisində NATO təlimlərinin keçirilməsi üçün bu ölkəyə 3000 hərbçi və 1500-dək hərbi texnika gələcək və buradan Şimali Atlantika Alyansının Latviya və Estoniyada təşkil olunacaq təlimlərinə yola salınacaq.

Litvanın Müdafiə Nazirliyindən Azərtac-a verilən məlumata görə, may-iyun aylarında Litvanın ərazisində 6600 əcnəbi hərbçinin iştirakı ilə “Saber Strike 2018” irimiqyaslı regional manevrlər planlaşdırılır. Təlimlərin keçirilməsi ilə bağlı parlamentlə razılığa gəlinib, çünki hökumətin səlahiyyəti Litvaya başqa ölkələrdən 1600 hərbçi buraxılması ilə məhdudlaşır.

Bazar ertəsi Litvada NATO-nun 25 ölkəsindən olan hərbçilərin iştirakı ilə bu qurumun kommunikasiya dayanıqlığı və “Steadfast Cobalt” rabitə sistemi sahəsində ixtisaslaşmış təlimlər başlanıb. Litva NATO üzrə müttəfiqlərini cəlb etməklə, iyun ayında “Perkuno griausmas 2018” – ən iri milli taktik təlimlərini keçirmək niyyətindədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru