Dövlət Departamenti: ABŞ İrandakı hakimiyyəti devirmək niyyətində deyil

23-05-2018, 08:13           



“ABŞ İrandakı rejimi devirmək niyyətində deyil, ölkənin gələcəyinə dair qərarı İran xalqı verməlidir”. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Hezer Nauert bildirib.



Qeyd edək ki, bundan əvvəl ABŞ-ın yeni dövlət katibi Mayk Pompeo iranlıların özləri üçün arzuladıqları hakimiyyətə dair seçim etməli olduqlarını bildirib. Onun sözlərinə görə, əgər bu baş verməzsə, ABŞ Tehrana qarşı sərt mövqe tutmaqda davam edəcək.



“Düşünürəm, Pompeo bu hüququn yalnız İran xalqına məxsus olduğunu deyib... Siyasətimiz rejimləri devirmək deyil”, deyə Hezer Nauert bildirib.



Dövlət Departamentinin rəsmi nümayəndəsi İranın ünvanına insan haqlarının pozulması və sair ənənəvi ittihamlar səsləndirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru