Xameneidən İsraillə bağlı qorxuncPROQNOZ

10-09-2015, 10:37           

İran İslam Respublikasının ali dini lideri ayətullah Seyyid Əli Xamenei İsrail və ABŞ-ın ünvanına tənqidi çıxışlarını bərpa edərək bildirib ki, İran yalnız nüvə sazişi üzrə danışıqlar aparacaq.


"Report" xəbər verir ki, bu barədə o öz "Twitter" səhifəsində yazıb.

"Biz müəyyən səbəblərdən ABŞ ilə yalnız nüvə sazişi üzrə danışıqların aparılmasına imkan vermişik, lakin biz digər məsələlər üzrə danışıqlar aparmayacağıq", — deyə o yazır.

Ali lider, həmçinin əminliyini bildirib ki, 25 ildən sonra İsrail öz mövcudluğunu dayandıracaq: "Hər şeydən əvvəl mən demək istəyirəm ki, İnşaallah, 25 ildən sonra sionist rejimi olmayacaq".

Onun fikrincə, ABŞ danışıqların köməkliyi ilə yalan və yaltaqlıqla İranın etibarını qazanmaq istəyir, paralel olaraq isə ölkəyə qarşı yeni sanksiyalar hazırlayır.

Xamenei bundan əvvəl bəyan edib ki, nüvə sazişinə İran parlamentində baxılmalıdır, həmçinin o, sanksiyaların dayandırılmasını deyil, tam olaraq ləğvini tələb edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.