Çexiyada irqçilik zəminində qalmaqal qızışıb

23-05-2018, 08:28           

Vətəndaş Demokratik Partiyasının sədri Petr Fiala Nimburk vilayət partiya şurasının üzvü Rene Franeki sosial şəbəkədə Britaniya şahzadəsi Harri ilə amerikalı aktrisa Meqan Marklın toyunun şərhində siyasi ədəbsizliyə yol verdiyinə görə üzr istəməyə çağırıb. Vətəndaş demokratların sədrinin fikrincə, əgər Rene Franek üzr istəməkdən imtina edərsə, partiyanın sıralarında qala bilməz. “Cənab Franekin irqçilik haqqında söylədikləri qəbuledilməzdir. Onun baxışları bizim dəyərlərimizə uyğun deyil”, - deyə Fiala qeyd edib.

AZƏRTAC xəbər verir ki, Vətəndaş Demokratik Partiyasının üzvü Rene Franek sosial şəbəkədə “Prezident Zeman Vindzorda keçirilən toya niyə dəvət olunmayıb” sualına “Əgər vəliəhd qaraçı qızla evlənirsə, Prezidentin orada nə işi var?” cavabını verib. O, təəssüratları yumşaltmağa çalışaraq, “ictimai əks-səda yaradan multikultural zənginləşməni” nəzərdə tutduğunu deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru